Xidmətlər

Müasir İstixana sistemləri

Müasir istixana sistemlərimiz, günümüzün tələblərinə cavab verən şəkildə dizayn edilmişdir. İstehsal etdiyimiz istixanalar VENLO, SPAM və GOTİK tiplidir. İstixanalarımızın şüşəli, polikarbonlu, polietilenli, və yan divarları polikarbon, dam örtüylü polietilen olan alternativlərdən ibarətdir. Metal konstruksiyaların korroziyaya qarşı uzun illər davamlılığını artırmaq üçün isti qalvanizlərdən və qaynaq istifadə olunmadan emal edilmişdir. Dam örtüyü qeyri-sabit hava şəraitinə, ağır qar yükünə və 120-130 km/s külək gücünə davam gətirə bilməsi üçün xüsusi hazırlanmışdır. Havalandırma pəncərələri tək və cüt (kəpənək) şəkildə hazırlanır. Eyni zamanda müştərinin istəyinə uyğun olaraq yan tərəflərdən də havalandırma pəncərələri hazırlana bilər. Etdiyimiz təkliflərdə torpaqlı və torpaqsız (Coco peat) əkin alternativləri, bütün avtomatlaşdırılmış sistemlərin idarə edilməsi və baxışı həyata keçirilir.

Soyuducu Anbarlar

Gündəlik həyatda çox göz qarşısında olmasa belə, soyuq saxlama anbarları ölkə iqtisadiyyatlarına təsir edəcək qədər böyük bir sektordur. Qidaların və və digər pozula bilən malların istehsalı ilə istehlakı arasındakı ən kritik müddət məhsulların soyuq saxlana bilməsindədir. Soyuq saxlama prosesinin keyfiyyətli olması həm istehsalçının həm vasitəçilərin və nəhayət İstehlakçının birbaşa marağna uyğundur. Buna görə soyutma sektoru ciddilik, davamlılıq və məsuliyyət tələb edir. İstehsalı istehlaka bağlayan bu zənciri möhkəmləndirmək üçün 3 əsas nöqtəyə fokuslanmışıq:
  • 1) Yüksək texnologiyalı, uzun ömürlü və enerji qənaətli sistemlərlə məhsul keyfiyyətinin qorunması
  • 2) Lahiyələşdirmə, montaj və xidmətdə təsirli müştəri xidməti
  • 3) İzləmə sistemləri uzaqdan olsa belə keyfiyyətli soyuq saxlama prosesinin təşkili

Kokos Substratı

Pelemix – Kokos substratı (Cocopeat) istehsalı üzrə dünyada tanınmış aparıcı brendlərdən biridir. Kokos palmasının saçaqları müasir zamanda bütün dünyada torpaq əvəzləyicisi kimi istifadə olunmaqdadır. Pelemix öz məhsullarının istehsalı zamanı ən son texnologiyalardan və avadanlıqlardan istifadə edir. Pelemix Şri-lanka və Hindistan üçün xammal emal edən yeganə israil şirkətidir. Şirkət öz müştərilərinə xammaldan tutmuş hazır emal olunmuş məhsuladək geniş çeşidlər və seçim imkanı təqdim edir. Pelemix məhsullarının istehsalı mütəmadi olaraq labaratoriyalarda nəzarət altında saxlanılır. Pelemix istehlakçının müvəffəqiyyətini öz müvəffəqiyyəti olaraq dəyərləndirir və onların ehtiyaclarının təmini öz uğuru hesab edir.

Pennasol - Mühərrik Yağları

Müştərilərimizə yüksək keyfiyyətli PENNASOL mühərrik yağlarını təqdim edirik. Əgər siz Avropa istehsalı olan, ən son texnologiyalarla hazırlanmış yüksək keyfiyyətli sürtkü yağlarına ehtiyac duyursunuzsa o, zaman bizim şirkətə müraciət edə bilərsiniz.. Biz şirkət olaraq sizlərə sizə mühərriklər və transmissiyalar üçün lazım olan geniş çeşiddə yağ seçimi təqdim etməkdəyik. Almaniyanın Dolberqen şəhərində yerləşən zavod artıq 50 ildir yüksək keyfiyyətli sürtkü yağlarının istehsalı ilə məşğuldur. Bu gün PENNASOL markası artıq dünyanın 33 ölkəsində tanınan markadır. Bu ölkələr misal olaraq: Almaniya, Danimarka, İsveç, Hollandiya, Polşa, Yunanıstan və sairə Avropa və Asiya ölkələrini göstərmək olar. Zavodda istehsal olunan məhsulların keyfiyyəti İSO 9001 beynalxalq sertifikatına layiq görülmüşdür. Məhsullar tam olaraq labarotoriya testlərindən və sanitar-gigiyenik yoxlamadan uğurla keçirilmişdir. PENNASOL yağlarının qiymətləri çox münasibdir və dünyanın aparıcı avtomobil istehsalçıları olan Мercedes-Benz, BMW, Volkswagen, GM, Ford, Porsche, Renault, Yamaha, Volvo, MAN, Scania, IVECO, Caterpillar istehsalı olan avtomobillərdə məmnuniyyətlə istifadə olunmaqdadır.

Voulis - Avto-kosmetika vasitələri

Voulis chemicals şirkəti 1983-cü ildən avtomobil kimyası istehsalında ixtisaslaşıb. Avropanın avtomobil kimyası sahəsində voulis ən nüfuzlu şirkətlərdən biridir. Avtomobillərə qulluq vasitələrinin analizi,istehsalı və müştərilərə yüksək qulluq göstərilməsinə yönəlib. Voulis chemicals-ın laboraoriyalarında avtomobil kosmetikasına aid bütün maddələrin istehsalı, analiz olunması üçün tam şərait vardır. Voulis chemicals yüksək konsentrasiyalı avtomobil kimyası avtomobil yumaq üçün şampun, salonun təmizlənməsi üçün maddələr təkər və disklərə qulluq vasitələri , çilingərlik sahəsində işlənən aerozol sürtgü vasitələri istehsalçısıdır. Voulis chemicals – Rəqabətə dözümlü qiymətlərlə əla nəticə deməkdir.