Şirkət Haqqında

İnvestment Group şirkəti 2010-cu ildə fəaliyyətə başlamışdır. Əsasən peşakar mütəxəsislərdən ibarət olan işci heyyətimiz rəhbərliyin qarşılarına qoyduğu hər bir işin öhdəsindən məsuliyyəti dərk edərək yüksək səviyyədə gəlir. Qısa bir zamanda İnvestment Group fəaliyyət sahəsini genişləndirərək kənd təsərrüfatı sektorunda, alqı-satqı sektorunda və nəqliyyat sektorunda geniş miqyaslı işlərə başlayaraq, IG Trading və IG Agro adı altında öz törəmə şirkətlərini təsis etmişdir.

IG Agro şirkəti olaraq şirkətimiz müasir istixana kombinatlarının ve soyuducu anbarların qurulub, onlara həftənin bütün günlərində 24 saat olmaqla servisin həyata keçirilməsi ilə məşğuldur. Mütəxəssislərimiz mütəmadi olaraq öz peşəkarlıq dərəcələrini artırmaq üçün xarici ölkələrə ezamiyyətə göndərilir və nəticə olaraq ən son texnologiyaları Azərbaycana gətirirlər. Şirkətimiz öz fəaliyyəti dövründə Türkiyənin istixana və dəmir konstruksiya istehsalçısı olan A-SERA şirkətinin, Karaca Sulama Otomosyon, İsrailin Pelemix və digər şirkətlərin nümayəndəliklərini Bakı şəhərində açmışdır.

IG Traiding şirkəti olaraq şirkətimiz fəaliyyət dövründə Yunanıstanın 1 nömrəli avto-kosmetik vasitələr şirkəti olan Voulis Chemicals şirkətinin, Almaniyanın mühərrik yağları istehsalçısı olan Pennasol şirkətinin nümayəndəliklərini Azerbaycanda açmışdır. Bundan əlavə şirkətimiz hər növ qaraj avadanlığı, avtomobil yuma avadanlığı, müxtəlif avto-servis avadanlıqlarının, avtomobil və yük daşıma üçün nəzərdə tutulmuş avtomobillərin satışı ilə də məşğuldur.